Ramiz Məmmədov sabah dəfn ediləcək
19:43 21 Mart 2021
Xalq artisti Ramiz Məmmədovla vida mərasimi sabah 12:00-da Təzə Pir məscidində olacaq.
Bu barədə Femida.az-a Xalq artistinin oğlu Anar Məmmədov məlumat verib.
O, atasının Yasamal qəbiristanlığında dəfn ediləcəyini deyib.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən R. Məmmədov bu gün günorta saatlarında vəfat edib.
R. Məmmədov 1951-ci ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan zaman Musiqili Komediya Teatrına dəvət alıb.
"Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edib.
Televiziyanın "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanıb.
O, 2001-ci ildə Əməkdar Artist, 2013-cü ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.
Allah rəhmət eləsin.
Oxunub: 611
Oxşar xəbərlər
- Ramiz Mehdiyevin qohumu 30 sutka müddətinə həbs edilib
- Ramiz Mehdiyev istefa verib
- Ramiz Göyüşovu şantaj etməkdə təqsirləndirilən sayt rəhbərinə hökm oxunub
- Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsi istənilib
- Ramiz Göyüşov YAP-dan çıxarılıb
- Ramiz Əzizbəyli vəfat edib
- Ramiz Məmmədov vəfat edib
- Ramiz Həsənov nazir müavini vəzifəsindən azad edildi - Səfir təyin edildi
- Ramiz Mehdiyevin həyat yoldaşına qarşı iddia üzrə məhkəmə prosesi keçirilib
- Ramiz Mehdiyevin oğlunun şikayəti əsasında şirkət rəhbəri tutuldu