Ermənistanda koronavirusdan ölənlərin sayı 3 360-a çatdı


11:42     22 Mart 2021 21_03_22_1616399042.jpg

Ermənistanda son sutkada daha 506 nəfər COVID-19-a yoluxub.

Femida.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 184 219-a çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 3 360-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 860 nəfərdir. İndiyədək 168 721 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 11 278 aktiv koronavirus xəstəsi var.

Açar sözlər:

Oxunub: 385