Ermənistanın yeni Baş Qərargah rəisi: “Siyasi proseslərə qoşulmayacağıq”


14:28     22 Mart 2021 21_03_22_1616410359.jpg

“Əminəm ki, Silahlı Qüvvələr siyasi proseslərdə iştirak etməyəcək”.


Femida.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan söyləyib.

Məlumata görə, bu gün Nikol Paşinyan onu ali hərbi rəhbərliyə təqdim edib.

Xatırladaq ki, martın 10-da Ermənistan Baş naziri Nikol Paşinyan Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsi haqqında Ermənistan Prezidenti Armen Sarkisyana vəsatət təqdim edib. Martın 22-də Ermənistan Prezidentinin bu təyinatı Konstitusiya Məhkəməsində mübahisələndirmək müddəti başa çatdığına görə A.Davtyan Baş Qərargah rəisi vəzifəsini icra etməyə başlayıb. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 441