Ağacla döyülən qadının şikayəti DİN-in nəzarətinə götürülüb


19:51     22 Mart 2021 2021/03/6B237552-7106-415E-B2FE-BF35BB58D196_1616428412.jpeg

Sosial şəbəkələrdə qadının həyat yoldaşı tərəfindən ağac budağı ilə döyülməsi barədə fotolar yayılıb. Bildirilib ki, qadın illərdir əri tərəfindən işgəncə görür.

Daxili İşlər Nazirliyindən Femida.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan məsələ DİN-in nəzarətinə götürülüb:

“Müvafiq polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 476