Dünyada koronavirusa yoluxanların sayı 124 milyonu keçdi


09:28     24 Mart 2021 2021/03/EE9EB93D-96DD-48B3-AD80-6901A97F2D47_1616565574.png

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 124 milyon 806 min 956 nəfərə çatıb.


Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 746 min 311 nəfərdir. İndiyədək 100 milyon 842 min 866 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 30 636 534 nəfər virusa yoluxub, 556 883 pasiyent dünyasını dəyişib.

İkinci sırada yer alan Braziliyada pandemiya dövründə 12 136 615 nəfərdə virus aşkar edilib. Xəstələrdən 298 843 nəfəri həyatını itirib.

Üçüncü sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 734 058 yoluxma qeydə alınıb. Onlardan 160 477 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 474 610 yoluxma, 95 818 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Fransada 4 313 073 nəfər virusa yoluxub ki, onlardan 92 908-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 220-dən çox ölkədə qeydə alınıb.

Açar sözlər:

Oxunub: 323