Putinə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək hüququ verən qanun qəbul edilib


15:34     24 Mart 2021 2021/03/1616584123481_4rJA2hBU_1616585711.jpg

Rusiya Dövlət Duması Vladimir Putinə növbəti dəfə ölkə prezidentliyinə namizədliyini irəli sürmək hüququ verən qanun layihəsini qəbul edib.

Femida.az -ın verdiyi məlumata görə, Dövlət Dumasının bu gün keçirilən plenar iclasında ölkə Konstitusiyasına əlavə və düzəlişlərin icrası ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul olunub.

Qanun layihəsində hazırkı Prezident Vladimir Putinin yenidən ölkə başçısı vəzifəsinə namizədliyini irəli sürmək hüququ da nəzərdə tutulub.

Rusiya Federasiyası Konstitusiyasının yeni müddəasına görə, eyni şəxsin Rusiya Federasiyasının Prezidenti vəzifəsini tuta biləcəyi müddətlərin məhdudlaşdırılması mövcud dövlət başçısına onun əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan tətbiq edilir. Beləliklə, bu norma mövcud dövlət başçısına Rusiya Federasiyasının Prezidenti vəzifəsini daha iki müddət davam etdirməyə imkan verir.

Açar sözlər:

Oxunub: 443