Türkiyə Prezidenti Beynəlxalq Türk Akademiyası ilə bağlı protokolu təsdiq edib
10:22 25 Mart 2021
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Akademiyasının büdcəsinin formalaşdırılması ilə bağlı protokolu təsdiqləyib.
Femida.az xəbər verir ki, sənəd 2020-ci ilin fevral ayının 28-də İstanbulda imzalanıb və akademiyanın maliyyələşdirilməsi mexanizmini tənzimləyir.
Protokola əsasən, Beynəlxalq Türk Akademiyasının büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılacaq.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının strukturlarından biri olan Beynəlxalq Türk Akademiyası 2010-cu ilin mayın 25-də yaradılıb. Akademiyanın mənzil-qərargahı Qazaxıstanın Nur-Sultan şəhərində yerləşir.
Oxunub: 377
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq