Bakıda məhbus daşıyan polis maşını qəzaya düşdü - Video


12:04     25 Mart 2021 2021/03/1616654170_988cc531-a6b3-452f-93db-eaeccc67b0a8_1616657516.jpg

Bakıda polis mikroavtobusu qəzaya düşüb.

Unikal.org xəbər verir ki, hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində baş verib. Belə ki, Daxili İşlər Nazirliyinə məxsus məhbus daşıyan avtomobil “KİA” markalı maşınla toqquşub. Avtomobillərdən biri yol kənarında olan işıq dirəyinə çırpılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, hadisə "KİA" markalı avtomobilin yol hərəkəti qaydalarını pozması səbəbindən baş verib. Hadisə nəticəsində xəsarət alan yoxdur. Hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.





Açar sözlər:

Oxunub: 513