Qusar və Quba sakinlərində silah aşklarlandı


13:34     25 Mart 2021 2021/03/85246D25-FB27-47E5-95BB-DA35C2B9FB18_1616665031.jpeg



Qusar və Quba sakinlərindən silah götürülüb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cağar kəndində yaşayan K.Zöhrəbəyovun evinin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş “İJ-20” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Eyni zamanda Quba RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırt kəndində yaşayan S.Xankişiyevin evinin həyətinə baxış zamanı oradan müvafiq sənədləri olmayan və nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 466