Rusiya Azərbaycana aviareyslərin sayını artırır


19:00     25 Mart 2021 21_03_25_1616684115.jpg


Rusiya cari ilin aprel ayının 1-dən etibarən Azərbaycana müntəzəm uçuşların sayını artıracaq.

Bu barədə Rusiyada koronavirusun yayılmasına qarşı mübarizə üzrə yaradılan Operativ Qərargahda jurnalistlərə bildirilib.

Məlumata görə, Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Operativ Qərargahın iclasını keçirib.

İclasda həmçinin, Rusiyanın Almaniya, Venesuela, Suriya, Tacikistan, Özbəkistan və Şri-Lanka arasında aviareyslərin 1 aprel tarixindən etibarən bərpa edilməsinə dair qərar verilib. / Report

Femida.az

Açar sözlər: #Rusiya  

Oxunub: 410