Qaxda qanunsuz ov edən turistlər cərimələndi


19:58     25 Mart 2021 21_03_25_1616684668.jpg

Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.


"Report" xəbər verir ki, bunu xidmətin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələniblər.

Femida.az

Açar sözlər:

Oxunub: 366