Baş İdarə əməliyyat keçirib, 14 kq çox narkotik maddə aşkar edilib


13:29     26 Mart 2021 21_03_26_1616751004.jpg

Abşeronda narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu ərazisində Yardımlı rayon sakini Z. Əliyevdən 46,119 qram heroin, 27,290 qram metamfetamin, kirayədə yaşadığı Müşfiqabad qəsəbəsindəki evə baxış zamanı 8 kiloqram 67,5 qram heroin, 2 kiloqram 440,7 qram metamfetamin, 2 kiloqram 603,9 qram tiryək, 2 kiloqram 200 qram marixuana və 2 300 ədəd metadon həbi aşkarlanıb götürülüb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 348