Gəncədə mərasim evindən oğurluq olub


13:38     26 Mart 2021 21_03_26_1616751172.jpg

Gəncədə mərasim evindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş K.Məmmədovun ətrafında Kəpəz RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 22-də Gəncə şəhərində yerləşən mərasim evlərinin birindən 2590 manat dəyərində məişət əşyaları, martın 23-də isə şəhər ərazisindəki vətəndaşa məxsus qarajdan 3000 manat dəyərində məişət əşyaları oğurlaması müəyyən edilib.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 372