Ərdoğan Türkiyədə koronavirusa qarşı vaksinasiyanın nə vaxt bitəcəyini açıqlayıb


15:55     26 Mart 2021 erdogan8.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə COVİD-19 virusuna qarşı vaksinasiyanın nə vaxt bitəcəyinə aydınlıq gətirib.

Femida.az -ın məlumatına görə, Ərdoğan jurnalistlərin sualına cavabında vaksinasiya prosesinin may-iyun aylarında başa çatacağını təxmin etdiyini bildirib.

“Düşünürük ki, may-iyun aylarında bu proses bitsin və yay fəslinə daha rahat girmiş olaq”, - deyə Türkiyə lideri qeyd edib.

Açar sözlər:

Oxunub: 347