Gədəbəydə avtomobil aşıb, iki qardaş xəsarət alıb


16:05     26 Mart 2021 21_03_26_1616760382.jpg

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xarxar kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1996-cı il təvəllüdlü Məmmədov Ayxan və onun qardaşı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.


Vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 504