Türkiyə vətəndaşları Rusiyada partlayış zamanı xəsarət alıblar


10:15     27 Mart 2021 21_03_27_1616822507.jpg

Rusiyada yaşayış evi qaz sızması nəticəsində partlayıb.

Femida.az xəbər verir ki, hadisə Moskvada, Rodnikovaya küçəsində baş verib. Hadisə zamanı Türkiyənin dörd vətəndaşı müxtəlif xəsarətlər alıb. Bunlar 1998-ci il təvəllüdlü M.Ərtuğrul, 1964-cü il təvəllüdlü A.Cəmil, 1974-cü il təvəllüdlü A.Nasir və daha bir nəfərdir. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Bəzi KİV orqanları isə xəsarət alanların sayının 4 yox, 5 nəfər olduğunu bildirib. Qeyd edilir ki, onlar arasında 1 uşaq da var.

Hadisə zamanı ətrafdakı avtomobillərə də ziyan dəyib

Açar sözlər:

Oxunub: 339