ABŞ-da silahlı insident olub, ölən və yaralananlar var


11:47     27 Mart 2021 21_03_27_1616832496.jpg

ABŞ-ın Virciniya ştatında atışma olub, ölən və yaralananlar var.

Femida.az -ın xəbərinə görə, bu barədə ştatın Viriciniya-Biç şəhər polisinin "Twitter" səhifəsində məlumat yayılıb.

Polisin verdiyi məlumata görə, atışma zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bildirilib ki, ölənlərdən biri vətəndaşlara atəş açan şəxsdir ki polis tərəfindən zərərsizləşdirilib. Digər şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.

Polis vətəndaşları ərazidən uzaq olmağa çağırıb.

Açar sözlər:

Oxunub: 357