Tərtərdə toy məclisi təşkil edən şəxs cərimələndi


13:10     27 Mart 2021 21_03_27_1616836271.jpg

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, mart ayının 26-da Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Sarıcalı kənd sakini Bəxtiyar Babayev yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy mərasimi təşkil etdiyi müəyyən edilib.

B.Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.



Femida.az

Açar sözlər: #Tərtər   #toy   #cərimə  

Oxunub: 441