BDU-nun dosenti vəfat edib


13:45     28 Mart 2021 21_03_28_1616924784.jpg

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının dosenti Azər Mehdi oğlu Şirinov vəfat edib.

Femida.az bildirir ki, bu barədə BDU-nun Facebook səhifəsində məlumat verilib.

84 yaşında dünyasını dəyişən A.Şirinov 1956-1961-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1973-cü ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 100-dən artıq elmi və publisistik məqalənin, 5 kitabın müəllifidir.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 487