Lənkərandan Astaraya sərnişin daşıyan mikroavtobus sürücüsü saxlanılıb


17:06     28 Mart 2021 21_03_28_1616933279.jpg

Lənkərandan Astaraya qanunsuz olaraq sərnişin daşıyan mikroavtobus sürücüsü saxlanılıb.

Nazirlər Kabinetinin bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair qəbul etdiyi qərara əsasən martın 20-i saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə həyata keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində Lənkərandan Astaraya qanunsuz olaraq sərnişin daşıyan mikroavtobus sürücüsü saxlanılıb. Lənkəran rayon sakini S.Xudiyevin karantin rejimi qaydalarını pozaraq idarə etdiyi "Mercedes Benz" markalı mikroavtobusla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Onun idarə etdiyi nəqliyyat vasitəsi Astara RPŞ DYPB-nin əməkdaşları tərəfindən saxlanılarkən orada 15 sərnişinin olduğu müəyyən edilib. Həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib.

Açar sözlər:

Oxunub: 391


Oxşar xəbərlər