Paşinyan apreldə istefa verəcək


18:31     28 Mart 2021 2018/05/pasinyan-1_1525855227.jpg


Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında vəzifəsindən istefa verəcək.

Femida.az xəbər verir ki, N.Paşinyan bu barədə Armavir vilayətində əhali ilə keçirdiyi görüşdə məlumat verib. Onun sözlərinə görə, bu formal bir addım olacaq.

Paşinyan deyib: “Yaxın günlərdə, aprel ayında mən vəzifəmdən istefa verəcəyəm. Bu, növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar olacaq. Seçkilərə qədər mən baş nazir vəzifələrini icra edəcəyəm”.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Açar sözlər: #Paşinyan  

Oxunub: 430