Gədəbəy sakinini elektrik cərəyanı vuraraq öldürüb


12:33     29 Mart 2021 21_03_29_1617003306.jpg

Martın 25-də saat 19 radələrində Gədəbəy rayonu, Kərimli kənd sakini, 1969-cu il təvəllüdlü Hüseynov Şaiq Hüseyn oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Gədəbəy rayon Prokurorluğunun mətbuat xidmətindən Femida.az-a verilən məlumatına görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Şaiq Hüseynovun kənd ərazisində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatora müdaxilə edərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 342