Ramazan ayı ilə bağlı QMi-də toplantı keçiriləcək


14:18     29 Mart 2021 21_03_29_1617014925.jpg


Yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının toplantısı olacaq və Ramazan ayının başlanması ilə əlaqədar müvafiq Fətva veriləcək.

Femida.az-ın xəbərinə görə, bu barədə QMİ-nin Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ Qazılar Şurasının Fətvasında bəyan ediləcək:

"Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadən müəyyən edir".

Femida.az

Açar sözlər: #QMİ  

Oxunub: 431