Bakıda 51 yaşlı qadını avtomobil vurdu


21:21     29 Mart 2021 piyadada.jpg

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, "NZS" adlanan ərazidə 1970-ci il təvəllüdlü Süleymanova Ətravə İbrahim qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Femida.az

Açar sözlər:

Oxunub: 277