Biləsuvarda torpağa basdırılmış narkotik və silah-sursat aşkarlanıb
10:14 31 Mart 2021
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində odlu silah və 2 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Z.Ağayev Biləsuvar rayonu ərazisində saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 6 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə onun yaşadığı evin həyətyanı bağ sahəsinə keçirilən baxış zamanı torpağa basıdırılmış plastik qabın içərisindən 2 kiloqram 89 qram narkotik vasitə heroin, 1 ədəd üzərində “VZOR 70” yazılmış tapança və 16 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub: 482
Oxşar xəbərlər
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb
- Biləsuvarda qəza törədərək qaçan sürücünün şəxsiyyəti məlum olub
- Biləsuvarda yol qəzasında xəsarət alan şəxs ölüb
- Biləsuvarda Cəbrayıl sakini intihar edib
- Biləsuvarda kişi qonşusuna 8 bıçaq zərbəsi vurub
- Biləsuvarda 37 yaşlı kişi bıçaqlanıb
- Biləsuvarda traktor avtomobillə toqquşub, ölən var
- Biləsuvarda avtomobillər toqquşub, ölən var