Göygöldə yük və minik maşınları toqquşub, xəsarət alanlar var


11:40     31 Mart 2021 21_03_31_1617172874.jpg

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Hərəkətdə olan "Shacman" markalı yük maşını ilə "VAZ 210015" markalı minik maşını toqquşub.

Qəza zamanı 1964-cü il təvəllüdlü Xəlilov Adil və onun bacısı, 1970-ci il təvəllüdlü Xəlilova Durdanə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 304