Şamaxıda 4 nəfəri ölümlə hədələyən silahlı şəxs tutulub


14:39     31 Mart 2021 21_03_31_1617188491.jpg


Şamaxıda sakinlərini tüfənglə öldürəcəyi ilə hədələyən şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən R.Kazımov martın 29-da Nağaraxana kəndi ərazisində bir nəfərin onu və tanışı olan 3 nəfəri öldürəcəyi ilə hədələyib tüfəngdən havaya atəş açdığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən kənd sakini S.Əsgərov saxlanılıb. Ondan “BUM” markalı ov tüfəngi götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 332