Şuşanın işğalına rəhbərlik etmiş erməni general öldü


15:29     31 Mart 2021 21_03_31_1617191369.jpg


Ermənistan müdafiə nazirinin sabiq müavini, Xocalı soyqrımının təşkilatçılarından və Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş erməni cəlladlarından biri olan general-mayor Arkadi Ter-Tadevosyan ölüb.

Femida.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu onun silahdaşı polkovnik Ara Muradyan deyib.

O, 82 yaşında ölüb. Arkadi Ter-Tadevosyanın xəstəxanaya yerləşdirilməsi barədə şayiələr dolaşsa da, onun diaqnozu açıqlanmırdı.

Qeyd edək ki, A.Ter-Tadevosyan Xocalı soyqrımının əsas təşkilatçılarından biri olub. O, 1992-ci ilin may ayında Şuşanın işğalı əməliyyatına da rəhbərlik edib.

Femida.az

Açar sözlər: #erməni   #general   #Şuşa  

Oxunub: 362