“Türk dünyası Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib” - Bağdad Amreyev


21:11     31 Mart 2021 2021/03/B1A6C323-EFFC-4F07-AC0E-C5851BD2B578_1617210829.jpeg

Türk Şurasının Baş katibi Bağdad Amreyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edib.

Femida.az-ın məlumatına görə, B.Amreyev türk dünyasının digər ölkələrlə sabit əlaqələr qurduğunu, 10-dan çox ölkənin təşkilatda müşahidəçi statusu əldə etməkdə maraqlı olduğunu bildirib.

B.Amreyev, həmçinin pandemiyanın Türk Şurası daxilində əməkdaşlığa yeni stimul verdiyini vurğulayıb, İstanbulda keçiriləcək sammitlə bağlı bir sıra təkliflər səsləndirib. Eyni zamanda Türk Şurasının Baş katibi Azərbaycanı parlaq Qələbəsi münasibətilə təbrik edərək deyib:

“Bütün çağırışlara və çətinliklərə baxmayaraq, 2020-ci ilin gündəliyi zəngin olub. Ötən il türk dünyası üçün həqiqətən də məhsuldar və hətta zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Dağlıq Qarabağdakı müharibə zamanı Türk Şurası bütün üzv dövlətləri və Zati-aliləriniz adından Azərbaycanı bütün vasitələrlə dəstəkləyib. İcazə verin, təşkilatın fəaliyyətdə olan sədri kimi Zati-aililəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çoxşaxəli əməkdaşlığın inkişafında göstərdiyi səylərinə görə təşəkkürümü bildirim”.

Femida.az

Açar sözlər:

Oxunub: 388