Tərtərdə oğurluq edən şəxslər saxlanıldı


09:28     01 Aprel 2021 21_04_01_1617255893.jpg


Tərtər rayonunda oğurluq hadisəsi olub.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini olan bir nəfər mart ayının 25-də Köçərli kəndində yerləşən ona məxsus obyektdən oğurluq edilməsi barədə Tərtər Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib. Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri - Məhərrəm Qarayev, Xanoğlan Bayramov, Qüdrət Həsənov və qardaşı Nüsrət Həsənov saxlanılıblar.

Araşdırmalarla onların 6 ədəd su nasosu, 2 ədəd su motoru, qızdırıcı, televizor, stullar və digər inşaat malları oğurlamaqla zərərçəkmişə 10 min manat civarında ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 315