Hərbi xidmətə növbəti çağırış başlayıb
09:02 01 Aprel 2021

Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.
Femida.az xəbər verir ki, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən aprelin 1-dən etibarən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.
Çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Dövlət Xidməti tərəfindən martın 27-də SMS vasitəsilə məlumatlandırılıblar.
Xatırladaq ki, Prezident İlham Əliyev martın 2-də “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” sərəncam imzalayıb.
Femida.az
Oxunub: 155
Oxşar xəbərlər
- “Nəvələrimi Hərbi Qənimətlər Parkına aparacağam” - Şeyx
- Paşinyan Ermənistanda Rusiya hərbi bazasının genişləndiriləcəyini bildirib
- Aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkında
- Prezidentin Hərbi Qənimətlər Parkının açılışındakı çıxışının TAM MƏTNİ
- "Ermənistan diversantları "hərbi əsir" kimi qələmə verir" - Nazir
- “İsgəndər-M”in qalıqları Hərbi Qənimətlər Parkında - FOTO
- İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını edib - YENİLƏNİB (FOTOLAR)
- Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib
- “Hərbi əsir”lərin qaytarılması barədə razılaşma olmayıb” - Simonyan
- Hərbi əsirlər mövzusu artıq həllini tapıb və bu mövzu bağlanıb - Nazir