Abşeronda 8 yeni məktəb tikiləcək


10:31     01 Aprel 2021 21_04_01_1617258714.jpg


Abşeron rayonunda şagird sıxlığının aradan qaldırılması üçün 8 yeni orta məktəb binasının, 14 əlavə tədris korpusunun tikintisi planlaşdırılır.

Femida.az-ın məlumatına görə, bunu Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən Abşeronda bir neçə əraziyə baxış keçirilib:

"Sarayda 1 və 3 saylı, Qobuda 3 saylı, Ceyranbatanda 2 saylı orta məktəbdə əlavə tədris korpusu tikiləcək.

Ehtiyac nəzərə alınaraq, həmin ərazilərdə növbəti illərdə yeni məktəb binaları da tikiləcək. Artıq Xırdalan şəhərində 1, Masazır qəsəbəsində 2 məktəb binasının inşasına başlanılıb. Saray qəsəbəsində 1 yeni məktəb binası tikilir, 2 saylı tam orta məktəbin binası isə yenilənir".

Femida.az

Açar sözlər: #məktəb  

Oxunub: 151