İlham Əliyev Rusiya Hökuməti sədrinin müavinini qəbul edib
12:19 01 Aprel 2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edib.
Rusiya Hökuməti sədrinin müavinini salamlayan Prezident İlham Əliyev deyib:
-Sizi yenidən görməyimə şadam. Xoş gəlmisiniz. Üçtərəfli işçi qrupu çərçivəsində işlər uğurla gedir. Çox intensiv məsləhətləşmələr aparılır. Bu məsələ barədə mənə vaxtaşırı məruzə edirlər. Şadam ki, qəbul edilmiş qərarın düzgün olması təsdiqlənir, ən başlıcası, artıq konkret nəticə var.
Bildiyimə görə, artıq həm əyani, həm də videokonfrans formatında beş iclas keçirilib. Beləliklə, müzakirə üçün mövzu var və bu mövzu həm iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq, həm də bizim regionda təhlükəsizliyin və sülhün möhkəmlənməsi baxımından vacibdir. Xüsusən ona görə ki, münaqişədən sonrakı dövrdə vəziyyət bütövlükdə müsbət istiqamətdə inkişaf edir, eskalasiya riskləri minimaldır. Təbii ki, əməkdaşlıq elementləri nə qədər çox olsa, təhlükəsizlik və sabitlik də bir o qədər möhkəm olacaq. Ona görə də biz bu gün həmin məsələləri müzakirə edəcək, sonrakı addımlarımızı və fəaliyyətimizi planlaşdıracağıq. Bir daha xoş gəlmisiniz.
Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk deyib:
-Sağ olun, hörmətli İlham Heydər oğlu. Sizinlə görüşmək, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Baş nazirlərin müavinlərinin üçtərəfli işçi qrupu çərçivəsində aparılan işləri müzakirə etmək imkanına görə təşəkkürümü bildirmək istəyirəm. Siz qeyd etdiyiniz kimi, biz həm əyani, həm də videokonfrans rabitəsi rejimində beş dəfə görüşmüşük. Həqiqətən işimizdə müəyyən tərəqqi var və sıx əlaqəli şəkildə işləyirik. Biz həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi ilə daim əlaqədəyik. Həqiqətən burada çox yaxşı əlaqə yaradılıb.
Oxunub: 318
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib