İstanbulda atışma olub, azərbaycanlı kriminal avtoritet öldürülüb
13:33 01 Aprel 2021

Türkiyədə azərbaycanlıların iştirakı ilə silahlı insident olub.
Femida.az-ın yerli mətbuata istinadən məlumatına görə, hadisə İstanbulun Başakşehir səmtində baş verib.
Azərbaycanlılar və çeçenlərin arasında silahlı qarşıdurma zamanı 3 nəfərin öldüyü, 1 nəfərin isə ağır yaralandığı bildirilir. Hadisə nəticəsində bir azərbaycanlı ölüb, biri isə yaralanıb.
Polis artıq araşdırmalara başlayıb, 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, ölən azərbaycanlının kriminal aləmdə “Naxçıvanlı Baba” kimi tanınan peşəkar idmançı olduğu bildirilir. Yaralanan azərbaycanlı isə “Fuad Sumqayıtlı” kimi tanınan Fuad Hacıyevdir.
Hər iki şəxsin mərhum Rövşən Lənkəranskinin yaxın tərəfdarları olduğu bildirilir. Hadisənin kriminal mübahisə nəticəsində baş verdiyi qeyd olunur.
Oxunub: 182
Oxşar xəbərlər
- İstanbulda Azərbaycana dəstək mitinqi keçirilib
- İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi
- İstanbuldan yola salınan 250-yə yaxın azərbaycanlı artıq ölkədədir
- İstanbulda koronavirus həyəcanının səbəbkarı azərbaycanlı həkim olub - FOTO
- İstanbulda polis əməliyyat keçirib, azərbaycanlılar saxlanılıb
- İstanbuldan gələn qadın alt geyimində qızıl keçirdi - Foto
- İstanbulda iri terror aktının qarşısı alındı
- İstanbulda Hüseyn Cavidin büstü qoyuldu - FOTO
- İstanbulda yenə zəlzələ oldu
- İstanbulda zəlzələ məscidin minarəsini dağıtdı - VİDEO