QMİ-dən Həcc ziyarəti açıqlaması


14:05     01 Aprel 2021 21_04_01_1617270034.jpg

"Böyük ehtimalla bu il də Azərbaycandan Həcc ziyarəti olmayacaq".

Bu barədə Femida.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.

QMİ-dən qeyd olunub ki, bu gün üçün Həcc ziyarəti ilə bağlı hər hansı yenilik yoxdur:

“Vaxt azlığı da nəzərə alınsa, ehtimal var ki, bu il də ölkəmizdən ziyarət baş tutmayacaq. Amma hər an hər şey dəyişə də bilər”.

Qeyd edək ki, ötən il üçün də koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə baş tutmayıb.

Xatırladaq ki, ölkədə Qurban bayramı 20-21 iyulda qeyd olunacaq.

Açar sözlər:

Oxunub: 137