Azərbaycana daha 500 min doza "Coronavac” vaksini gətirilib


14:54     01 Aprel 2021 2021/02/VAKSİN_1613232514.jpg

"10 gün əvvəl Çinlə Azərbaycan arasında bağlanan 5 milyon doza ilə bağlı müqaviləyə əsasən Azərbaycana bu gün peyvənd gətirilib".

Femida.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. O bildirib ki, bu gün 500 min doza "Coronavac” vaksini gətirilib.

V. QAsımov qeyd edib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına müraciəti əsasında qısa müddətdə müqavilə imzalanıb: "Muqavilə əsasında ilk peyvənd partiyası bu gün Azərbaycana gətirildi. Peyvənd işlərini nə qədər sürətlə aparsaq, ölkədə epidemioloji vəziyyət o qədər stabilləsəcək".

Açar sözlər:

Oxunub: 384