Gəncədə avtomobil ustası müştərisinə xəsarət yetirib
15:05 01 Aprel 2021

Gəncədə avtomobil ustası mübahisə zəminində müştərisinə xəsarət yetirib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə şəhər ərazisində yerləşən avtomobil sexlərinin birində baş verib.
Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Emin İsmayılovla avtomobilini təmir edən usta arasında ödəniləcək vəsaitlə bağlı mübahisə yaranıb.
Bu zaman avtomobil ustası müştərisinə kəsici alətlə xəsarət yetirib. Xəstəxanaya aparılan E.İsmayılovun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 169
Oxşar xəbərlər
- Gəncədə yol polisi reyd keçirdi
- Türk Şurası nümayəndələri Gəncədədir
- Gəncədə qadın dəm qazından zəhərlənib
- Gəncədə koronavirusa yoluxan məktəb direktoru dünyasını dəyişdi
- Gəncədə danışmaq adı ilə vətəndaşların telefonunu ələ keçirən şəxs saxlanıldı
- Gəncədə oğurluq edən şəxs saxlanılıb
- Gəncədə mərasim evindən oğurluq olub
- Gəncədə törədilən tələbə qızın qətli ilə bağlı RƏSMİ MƏLUMAT
- Gəncədə ağır qəza baş verib
- Gəncədə qadınlara qarşı cibgirlik edən şəxs tutulub - FOTO