Tovuzda 83 yaşlı atasını öldürən şəxsin məhkəməsi başlayır


15:43     01 Aprel 2021 21_04_01_1617275051.jpg

Tovuzda atasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rasim Məsimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Dadaş İmanovun icraatındadır.

Qeyd edək ki, hadisə 2019-cu ilin avqust ayında Tovuz rayonunun Aşağı Quşçu kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Məsimov Rasim Müzəffər oğlu çəkiclə 1936-cı il təvəllüdlü Məsimov Müzəffər Bayram oğluna zərbələr endirərək onu qətlə yetirib.

İlkin məlumata görə, insident pensiya kartı üstündə yaranıb. Məsimov Müzəffərin pensiya kartı oğlunda olub və o, övladından pulu və kartı istəyib. Məsimov Rasim isə 83 yaşlı atasının istəyini yerinə yetirmədiyi üçün tərəflər arasında mübahisə yaranıb. Rasim çəkiclə atasının başına 4 dəfə zərbə endirib. M.Məsimov aldığı zərbələrdən dünyasını dəyişib.

R.Məsimova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 482