Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bağlanır - RƏSMİ
15:53 01 Aprel 2021
Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.
Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Dstant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.
Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” virusundan qorunmağı bir daha tövsiyə edir.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.
Oxunub: 483
Oxşar xəbərlər
- Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar qrafikdən əvvəl ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artımla ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar nə zaman ödəniləcək?
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiya alanlara ŞAD XƏBƏR
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi
- Bakı, Sumqayıt, Abşeron, Gəncə və Şəkidə əyani tədris qismən bərpa olunub
- Bakı, Sumqayıt, Abşeronda əyani təhsilin forması açıqlanıb