Nazir: "Yoluxma artarsa, digər ərazilərdəki məktəblər də bağlanacaq"
16:14 01 Aprel 2021
"Bu gün yoluxmanın üstünlük təşkil etdiyi ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonu) tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar qəbul edildi. Təhlillər göstərir ki, son həftə ərzində olan yoluxmaların 80 %-dən çoxu bu bölgələrin payına düşür".
Femida.az -ın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək, lakin yoluxma halları artdığı təqdirdə həmin ərazilərdə də tədrisin distant formaya keçirilməsi nəzərdə tutulur: "Hörmətli təhsil ictimaiyyəti, məlum olduğu kimi, pedaqoji və texniki heyətin peyvənd olunması prosesi davam edir. Bir daha vurğulamalıyam ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətinin təmin edilməsində vaksinasiya mühüm faktordur. Hər birinizin bu məsələdə fəal iştirakını vacib hesab edirəm. Müəllimlərin və məktəblərdə işləyən digər şəxslərin qısa zaman ərzində peyvənd olunması ənənəvi təhsilə keçidi sürətləndirən mütləq məqamdır".
Oxunub: 295
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"