Prezident: "İslahatları davam etdirəcəyik"
18:07 01 Aprel 2021

"Gələcək əməkdaşlığımızla bağlı fikir mübadiləsi aparmaq, birgə addımlarımızı planlaşdırmaq üçün yaxşı fürsətdir. Çünki bu vaxta qədər əməkdaşlıq çox uğurlu olmuşdur".
Femida.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Dünya Bankının regional direktoru Sebastian Molineusu qəbul edərkən deyib.
"Mən elə indicə məlumata baxdım. Biz 47 layihə həyata keçirmişik və onların bəziləri hələ icra mərhələsindədir. Ümumi paket təxminən 4 milyard ABŞ dolları təşkil edir. Bizim inkişafımızın çox vacib sahələrinə, infrastruktura göstərdiyiniz dəstəyə görə sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Eləcə də, TANAP-ın maliyyələşdirilməsi ilə bağlı verdiyiniz dəstəyə görə sizə xüsusi təşəkkürümü bildirirəm. Bu da maliyyə baxımından, həm də digər maliyyə institutlarına müəyyən siqnalın verilməsi baxımından çox önəmli idi. Çox şadam ki, artıq layihənin açılışı olmuşdur. Cənub Qaz Dəhlizi tam olaraq 3 aydır ki, fəaliyyət göstərir və bu, yalnız başlanğıcdır. Əlbəttə ki, biz “Doing Business” proqramında mövqeyimizi yaxşılaşdırmağımızla çox fəxr edirik. Biz 191 ölkə arasında 28-ci mövqedəyik. Bu, bizim üçün həqiqətən də mühüm nailiyyətdir. Lakin əlbəttə ki, biz islahatları davam etdirəcəyik və mən əminəm ki, görüşümüzdə biz bunu müzakirə edəcəyik", - Prezident bildirib.
Oxunub: 253
Oxşar xəbərlər
- XİN: Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsindən narahatdır
- Samuxda reyd - 15 sürücü cərimələndi
- DİM sədri: "Mərkəzləşmiş qəbul sisteminədək qohumbazlıq və korrupsiya tüğyan edib"
- DYP: Cəriməsi olan avtomobillər Azərbaycana buraxılmayacaq
- Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir"
- 2293 yoluxma - 31 nəfər koronavirusdan öldü
- Vətən Müharibəsinin qəhrəman həkimi: “Hər şey filmlərdə gördüyümüz kimi idi” - VİDEO
- Paşinyan: "2018-ci ildə Ter-Petrosyan mənə Qarabağda torpaqları qaytarmağı təklif etmişdi"
- İlham Əliyev: "Bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik"
- Hulusi Akar: “Ukraynanın gələcəyi ilə yaxından maraqlanırıq”