Bakıda ahıl kişini avtomobil vurdu


09:44     02 Aprel 2021 piyadada.jpg

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1950-ci il təvəllüdlü Seyidov Serqey Şamil oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun sınığı diaqnozu qoyulub.

Açar sözlər:

Oxunub: 329