“Azərxalça” istehsalı bərpa edir
09:38 02 Aprel 2021
Bu gündən “Azərxalça” ASC-nin bütün emalatxanalarında istehsal bərpa olunur.
Femida.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, Nazirlər Kabinetinin 4 oktyabr 2016-cı il tarixli qərarı ilə onun nizamnamə və strukturu təsdiq edilib. Nizamnamə kapitalı 15 milyon manat olan Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.
Oxunub: 473
Oxşar xəbərlər
- “Azərxalça”da yeni təyinat olub
- “Azərxalça”ya yeni sədr təyin edildi - SƏRƏNCAM
- “Azərxalça”nın rəhbəri həbs edildi
- “Azərxalça”nın Ağdam filialı açılıb
- “Azərxalça” ASC-nin Lənkəran filialı açılıb
- “Azərxalça” ASC-nin İsmayıllı filialı istifadəyə verilib
- “Azərxalça” ASC-nin Xaçmazda filialı açılıb
- “Azərxalça”ya 2 milyon manat ayrıldı