Sabiq icra başçısının məhkəməsi başlayır


11:06     02 Aprel 2021 21_04_02_1617348361.jpg

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri - şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisləri işləmiş Məharət Mustafayev və Əli Rüstəmov barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bu barədə Femida.az-a onun vəkili məlumat verib.

Vəkilin sözlərinə görə, hər iki şəxs barəsində Korrupsiya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi yaxın günlərdə icraata veriləcək.

Qeyd edək ki, Elmar Vəliyev Gəncənin Şəhər İcra Hakimiyyətinin başçısı olarkən şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisləri işləmiş Əli Rüstəmov və Məharət Mustafayev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşların keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilib.



Onu da qeyd edək ki, Məharət Mustafayev 2011-2014-cü illərdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də işləyib.

Açar sözlər:

Oxunub: 473