Ucarda 5 avtomobil toqquşub - FOTO
11:59 02 Aprel 2021

Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 10:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2 "VAZ 2107", 1 "Hyundai", 1 "BMW" markalı minik avtomobilləri və 1"TİR" markalı yük maşını toqquşub. Hadisə nəticəsində Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyal Sahib oğlu Əliyev xəsarət alıb. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Oxunub: 192
Oxşar xəbərlər
- Ucarda bıçaqlanma olub, ölən var
- Ucarda 6 məktəb koronavirusa görə bağlanıb
- Ucarda mikroavtobus yol kənarına aşıb, sərnişin ölüb
- Ucarda fərdi yaşayış evi yanıb - FOTO
- Ucarda yaşayış yerini tərk edən koronavirus xəstələri müəyyən edilib
- Ucarda minik avtomobili yanıb
- Ucarda yol qəzası olub, ölən və xəsarət alan var
- Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
- Ucarda BMW motosikletlə toqquşub, xəsarət alanlar var
- Ucarda yük maşını piyadanın üstündən keçdi