Ağstafada hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıb


14:37     02 Aprel 2021 polis.jpg


Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, özlərini jurnalist kimi təqdim edərək, Ağstafa sakinindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən rayon sakinləri Fazil Quliyev və Vüsal Zeynalov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, onların ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, özünü “LTV7” internet televiziyasının əməkdaşı kimi təqdim edən F.Quliyev həmyerlisi V.Zeynalov ilə birlikdə zərərçəkən şəxsdən şəxsi informasiyanın ictimailəşməməsi müqabilində 500 manat məbləğində pul tələb ediblər.

Davam etdirilən araşdırmalar nəticəsində V.Zeynalova məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman, oradan 5 müxtəlif ölçüdə ov bıçağı və müxtəlif dini təriqətləri təbliğ edən, qanunla qadağan olunan dini ədəbiyyat aşkar edilərək götürülüb. Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 401