Putinlə Paşinyan nəyi müzakirə edəcək? - Kremldən açıqlama
14:47 02 Aprel 2021
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi müsahibədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya gözlənilən səfərini təsdiqləyib.
Peskovun sözlərinə görə, tərəflər Qarabağ ilə bağlı razılaşmaların həyata keçirilməsini və Ermənistandakı erkən parlament seçkilərini müzakirə edəcəklər.
“Bəli, təsdiq edə bilərəm. Həqiqətən, Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya işgüzar səfəri aprelin 7-nə planlaşdırılıb. Prezident Vladimir Putinlə danışıqlar aparacaq. Əlbəttə ki, ilk növbədə Qarabağdakı hərbi əməliyyatlara son qoyan üçtərəfli razılaşmaların və üçtərəfli sənədin icrasının gedişatı müzakirə ediləcək”,- deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, tərəflər həmçinin Cənubi Qafqazın nəqliyyat infrastrukturlarının bərpası, Ermənistanda başlayan seçki prosesi və Rusiya-Ermənistan əməkdaşlığının digər aktual məsələləri barədə fikir mübadiləsi aparacaqlar.
Putinin sözçüsü görüşün ikitərəfli formatda olacağını, hələ üçtərəfli danışıqların planlaşdırılmadığını bildirib.
Femida.az
Oxunub: 497
Oxşar xəbərlər
- Vanqanın Putinlə bağlı ŞOK PROQNOZU: 2023-cü ildə görün nə olacaq
- Putin: “Ukraynadakı xüsusi hərbi əməliyyatın əsas məqsədi Donbasın azad olunmasıdır”
- Putin Ukrayna taxılının ixracının şərtini açıqlayıb
- Putin və Ərdoğan arasında ikitərəfli görüş başlayıb
- Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
- Putin Ukraynada hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərə çıxacaq
- Putin Ermənistanda vəziyyətin qeyri-sabit olduğunu vurğulayıb
- Zelenski Putinə qarşı sanksiyalar tətbiq edib
- Ərdoğanla Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
- Vladimir Putin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubu göndərib