Şəhidlər və şəhid ailəsi üzvlərinin reyestri yaradılacaq
16:05 02 Aprel 2021
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə qanuna aşağıdakı məzmunda dördüncü hissə əlavə edilir:
“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestirini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestirinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir”.
Sənədin qeyd hissəsində bildirilir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yaradılmış işçi qrupunun müvafiq qərarına əsasən şəhidlər, şəhid ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması nəzərdə tutulur.
Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin hazırlanmasında əsas məqsəd hazırki tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında şəhidlər, şəhid ailə üzvləri barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir. Reyestrin təşkili gələcəkdə status verilmiş şəxslərin sayının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, şəxslərin (ailə üzvlərinin) statusları haqqında kağız daşıyıcılarda olan müvafiq vəsiqələrdən imtina edilməsi, onların dövlət orqanlarına müraciətləri zamanı statuslarının onlayn rejimdə müəyyən edilməsi, habelə sosial təminat hüquqlarına proaktiv qaydada baxılması imkanları yaradacaqdır.
Layihə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda şəhidlərin və şəhid ailəsi üzvlərinin reyestrinin yaradılması ilə bağlı yeni müddəanın təsbit edilməsini nəzərdə tutur.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Femida.az
Oxunub: 1036
Oxşar xəbərlər
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək intihar edib
- Yəməndə hücum nəticəsində 4 əsgər həlak olub, daha 17 nəfər yaralanıb
- Laçında əsgərin ölümü ilə bağlı cinayət işi başlanılıb
- Rus əsgərləri "Azovstal" zavodunun bunkerinə girdi,göün nələr var imiş - VİDEO
- Xidmətdə olan əsgər Bakıda necə avtoşluq edib? - Görün kimin oğlu imiş
- MN: "Avtoxuliqanlıq edən əsgər hərbi hissəni özbaşına tərk edib"