Müharibə veteranlarının vahid informasiya bazası yaradılır
16:23 02 Aprel 2021

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Veteranlar haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Femida.az-ın xəbərinə görə, dəyişikliklə qanunun 3-cü maddəsinə (Müharibə veteranları) yeni bənd əlavə olunur.
Yeni bəndə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Müharibə veteranlarının reyestrinin hazırlanmasında əsas məqsəd hazırki tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir.
Reyestrin təşkili gələcəkdə status verilmiş şəxslərin sayının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, şəxslərin (ailə üzvlərinin) statusları haqqında kağız daşıyıcılarda olan müvafiq vəsiqələrdən imtina edilməsi, onların dövlət orqanlarına müraciətləri zamanı statuslarının onlayn rejimdə müəyyən edilməsi, habelə sosial təminat hüquqlarına proaktiv qaydada baxılması imkanları yaradacaqdır.
Layihə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda müharibə veteranlarının reyestrinin yaradılması ilə bağlı yeni müddəanın təsbit edilməsini nəzərdə tutur.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Femida.az
Oxunub: 296
Oxşar xəbərlər
- Müharibədə ermənilər 4000-dən çox itki verib - Paşinyan açıqladı
- Müharibə iştirakçılarının təhsil haqları ilə bağlı açıqlama
- Müharibədən qayıdan şəxslərin 5298 müraciətinə baxılıb
- Müharibədə yaralanmış hərbçilərin tibbi-sosial ekspertizasına başlanır
- Müharibədən qayıdan şəxslərin 1 700-dən çox müraciətinə baxılıb
- Müharibədən sağ qayıtdı - Dəm qazından boğularaq öldü
- Müharibənin “Hikmət”i
- Müharibəyə könüllü yazıldı, 99 gün hərbi formanı əynindən çıxarmadı - Jurnalist Hafiz Əhmədovun döyüş xatirələri
- Müharibəyə çağırılan şəxslər bu tarixədək hamısı tərxis olunacaq - SƏRƏNCAM
- Müharibədən sonra 12 nəfər minaya düşərək ölüb - RƏSMİ