16 yaşlı oğlan dayısını qətlə yetirdi
16:33 02 Aprel 2021

Aprelin 2-də saat 13 radələrində Biləsuvar şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Vüqar Haxverən oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Biləsuvar Rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin bacısı oğlu 2005-ci il təvəllüdlü Qubadlı Röyal Şahin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Vüqar Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Röyal Qubadlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Femida.az
Oxunub: 193
Oxşar xəbərlər
- 16 yaşlı oğlanı "tok vuraraq" öldürdü
- 16 yaşdan aşağı şəxslərdən metal qəbulu qadağan edildi
- 16 ictimai iaşə müəssisəsində pozuntular aşkarlandı
- 16 məktəb direktoruna töhmət verildi
- 162 yeni yoluxma qeydə alındı
- 161 obyektdə sanitariya-gigiyena tələbləri pozuldu
- 16 məhkəməyə yeni sədr təyinatı olub - VİDEO
- 16 şəhər və rayonda işsizlərə 190 manat verildi
- 165 mindən çox uşaq I sinfə gedəcək
- 16 mindən çox hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi